Qonşu ölkədə bu virus tüğyan edir – Bağçalarda uşaqlara diqqət!
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Tiflisdə 20 uşaq bağçasında 100-dən çox uşağın xəstəxanaya yerləşdirilməsinə səbəb olan kütləvi zəhərlənmənin norovirus olduğu müəyyənləşib.
Mütəxəssislərin sözlərinə görə, virus əsasən çirklənmiş qida və su vasitəsilə, həmçinin insandan insana yayıla bilər. Qusma, ishal, qarın ağrısı və hərarət əsas əlamətlər sırasındadır.
Həkim-pediatr Vaqif Qarayev hadisənin Azərbaycana da ciddi siqnal olduğunu bildirib. Onun sözlərinə görə, eyni coğrafiyada yerləşdiyimiz üçün qida təhlükəsizliyinə və xüsusilə uşaq kollektivlərində gigiyenaya diqqət artırılmalıdır.
Mütəxəssis valideynlərə uşaqların qidalanmasına nəzarət etməyi, məktəb və bağçalarda verilən qidaların keyfiyyətinə diqqətli olmağı tövsiyə edib.
29
baxış
WhatsApp kanalımıza qoşulun
›



