“Sabah”ın ev oyunlarının bilet qiymətləri açıqlandı – 35-285 manat

IMG_6023 Gündəm
22:30 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, “Sabah” futbol klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün vahid biletlərin satışına başlayıb.

Azarkeşlər bir bilet əldə etməklə Bakı Olimpiya Stadionunda keçiriləcək bütün 4 qarşılaşmanı izləyə biləcəklər. Biletlərin qiyməti 35 manatdan 285 manatadək dəyişir.

Biletlər yalnız QR-kod formatında təqdim olunacaq. QR-kodlar qarşılaşmaların keçirildiyi gün aktivləşəcək. Alınan biletlərin geri qaytarılması, dəyişdirilməsi və bərpası mümkün deyil.

Qeyd edək ki, “Sabah” evdə “Slaviya”, “Borussiya Dortmund”, “Barselona” və “Napoli” ilə qarşılaşacaq.

13 baxış
Paylaş: