Baba Vəziroğlundan Alim Qasımovla bağlı təklif: “Baləli ilə də duet oxusun!”
Gündəm
Baba Vəziroğlundan Alim Qasımovla bağlı təklif: “Baləli ilə də duet oxusun!”
Expressxeberler.az xəbər verir ki, şair və tərcüməçi Baba Vəziroğlu “Yeni Sabah”a açıqlamasında Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi duetə münasibət bildirib.
O, “Nəyindən narahatsan?” adlı dueti dinlədiyini və ifanı bəyəndiyini deyib. Baba Vəziroğlu muğamın müasir musiqi ilə sintezinin vacibliyini vurğulayıb.
Şair Alim Qasımovun gələcəkdə meyxanaçı Baləli ilə də duet oxumasının maraqlı ola biləcəyini bildirib:
“Bir gün Alim Qasımov Baləli ilə də duet oxusa, pis alınmaz. Onsuz da Alim meyxana oxumağa meyillidir. Buna sevinərəm ki, yeni eksperimentlər gedir”.
Baba Vəziroğlu duetdə sözlərin müəyyən qədər bayağı olduğunu da qeyd edib. O, buna baxmayaraq, layihəni uğurlu hesab etdiyini və bu cür musiqi eksperimentlərinin davamının gələcəyinə inandığını söyləyib.
- Qeyd edək ki, Alim Qasımov və Üzeyir Mehdizadənin birgə ifası sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.



