Zelenskidən gözlənilməz etiraf: “Səhvə yol vermişəm!”
Dünya
Expressxeberler.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski müharibə şəraitində ölkəyə uzun müddət rəhbərlik etməsinin onun üzərində ciddi fiziki və psixoloji yük yaratdığını bildirib.
Zelenski bu barədə “Vol Strit Jurnal”ın müxbirinə açıqlamasında danışıb.
Ukrayna lideri gündəlik iş qrafikinin son dərəcə gərgin olduğunu deyib. Onun sözlərinə görə, yüzlərlə mürəkkəb və həssas məsələ ilə bağlı qərarlar qəbul etmək, həmçinin müxtəlif razılaşmalar üzərində işləmək ciddi yük yaradır.
Zelenski bu qədər intensiv iş rejiminin onun bəzi səhvlərə yol verməsinə səbəb olduğunu etiraf edib.
Sülh danışıqlarına da toxunan prezident diplomatik prosesin asan olmayacağını və ciddi səylər tələb edəcəyini vurğulayıb.
Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampla “qış paketi” məsələsini müzakirə etdiyini və enerji infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan “enerji atəşkəsi” təşəbbüsünü dəstəklədiyini bildirib.
Ən son dünya xəbərləri üçün Expressxeberler.az-ı izləyin.



