“Ağıllı eynək” qalmaqalı böyüdü – Qadınları gizli çəkib görüntüləri yayırdılar

IMG_6633 Gündəm
07:39

Expressxeberler.az xəbər verir ki, Fransada kameralı “ağıllı eynəklər”lə bağlı qalmaqal böyüyüb.

İddialara görə, bəzi şəxslər küçədə qadınları onların xəbəri və razılığı olmadan bu eynəklərdəki kameralar vasitəsilə çəkərək görüntüləri sosial şəbəkələrdə yayıblar.

Məsələ ilə bağlı Paris Prokurorluğu tərəfindən bir neçə araşdırmaya başlanılıb. Rəqəmsal zorakılıq qurbanlarına yardım göstərən “e-Enfance” təşkilatına da çoxsaylı müraciətlərin daxil olduğu bildirilir.

Məlumata görə, bəzi qurbanlar görüntülərin yayılmasından sonra sosial şəbəkələrdə təhqir və təhdidlərlə üzləşiblər.

Fransa qanunvericiliyində şəxsin razılığı olmadan müəyyən hallarda onun görüntüsünün çəkilməsi və yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Araşdırılan əməllər üzrə 2 ilədək həbs və 45 min avroyadək cərimə tətbiq oluna bilər.

Məsələ ölkənin məlumatların qorunması qurumu CNIL-in də diqqətindədir. Qurum kamerası və mikrofonu olan ağıllı eynəklərin insanların xəbəri olmadan görüntü və səs yazılması baxımından şəxsi həyatın toxunulmazlığı üçün risk yaratdığını bildirir.

Yeni nəsil ağıllı eynəklər foto və video çəkmək, səs yazmaq, bəzi modellərdə isə canlı yayım etmək imkanına malikdir.

Dünyada baş verən ən son və diqqətçəkən hadisələri Expressxeberler.az-dan izləyin.

41 baxış
Paylaş: