Azərbaycanlı idmançı saxlanıldı
İdman
Naxçıvanın tanınmış atletindən universitetə qəbul vədi ilə bağlı ŞOK İDDİA
Expressxeberler.az xəbər verir ki, Naxçıvanın tanınmış atletlərindən olan Əmrah Nağıyev valideynlərin şikayəti əsasında dələduzluq şübhəsi ilə saxlanılıb.
Məlumata görə, Əmrah Nağıyev bəzi şəxslərə övladlarını qabiliyyət imtahanı yolu ilə universitetə qəbul etdirəcəyini vəd edərək onlardan pul alıb.
Valideynlərin şikayətləri əsasında onun barəsində araşdırmaya başlanılıb.
Qeyd edək ki, Əmrah Nağıyev Ordubad Şəhər Uşaq-Gənclər İdman Məktəbində atletika üzrə müəllim kimi fəaliyyət göstərir. O, orta və uzun məsafələrə qaçış üzrə Azərbaycan çempionu olub və ölkəmizi beynəlxalq yarışlarda təmsil edib.
Ə.Nağıyev atletika üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən ilk naxçıvanlı atlet kimi tanınır.
Faktla bağlı araşdırmanın davam etdiyi bildirilir. Şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənməyib.
Ən son və aktual xəbərləri Expressxeberler.az-dan izləyin.



