Bakıda 200-dən çox ev sökülür – Sürət qatarı BU ƏRAZİLƏRDƏN KEÇƏCƏK

IMG_6630 Cəmiyyət
04:36 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, dövlət proqramı çərçivəsində Zabrat–Maştağa–Bağlar massivinə sürət qatarının hərəkətinin təmin edilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Layihə çərçivəsində qatar xəttinin keçəcəyi ərazilərdə plana düşən evlərin söküntüsü aparılır, qaz xətlərinin isə başqa istiqamətə köçürülməsi həyata keçirilir.

Məlumata görə, dəmir yolu xəttinin keçəcəyi ərazidə yaşayan sakinlərlə görüşlər keçirilib. Kompensasiya ödənişləri həyata keçirildikdən sonra plana düşən tikililərin sökülməsinə qərar verilib.

Hazırda Maştağa ərazisində xəttin keçəcəyi istiqamətlər müəyyənləşdirilir və layihənin təsirinə düşən tikililərlə bağlı işlər davam etdirilir.

Ərazidə yerləşən köhnə Maştağa stansiyasının binası da layihə çərçivəsində diqqət mərkəzindədir.

Zabrat–Maştağa–Bağlar dəmir yolu xəttinin paytaxtın nəqliyyat infrastrukturunun inkişafına töhfə verəcəyi, layihələrin tamamlanmasından sonra sərnişin yükünün və yollardakı tıxacların azalacağı gözlənilir.

Bakıda həyata keçirilən mühüm layihələrdən ən son xəbərləri Expressxeberler.az-dan izləyin.

475 baxış
Bizim Telegram kanalımıza abunə olun
Paylaş: