Adnan Əhmədzadənin həbsinə heç kim inanmırdı… – 1 ildir “içəridədir”
İqtisadiyyat
Ağır cinayətlərdə ittiham olunan məşhur iş adamı Adnan Əhmədzadənin həbs edilməsindən 1 il keçir.
Expressxəbərlər.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə də tanınan iş adamı artıq 365 gündür dəbdəbəli həyatından uzaqda – DTX-nin istintaq təcridxanasında saxlanılır.
A.Əhmədzadənin həbsi ictimaiyyətdə böyük rezonans doğurdu. Rəsmi açıqlamaya qədər heç kim tam inanmasa da, bir gün sonra Əhmədzadənin iqtisadi təhlükəsizliyə qarşı təxribatda və xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsində ittiham olunduğu üzə çıxdı.
Onun barəsində ötən ilin bu vaxtı 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbsdə saxlanma müddəti dəfələrlə uzadılıb.
Qanunvericiliyə əsasən, bu tip cinayətlərdə təqsirləndirilən şəxslər üçün həbsdə saxlanılmanın ilkin müddəti 13 ay təşkil edir. Lakin irihəcmli işlər üzrə isə bu müddət daha 6 ay uzadıla bilər. Hazırkı məlumata görə, ibtidai istintaq hələ davam edir.

