Azərbaycanda bu şəxslərə mənzil verildi

IMG_5568 Sosial
11:48 Expressxeberler.az

Expressxəbərlər.az xəbər verir ki, 20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil təqdim edilib.

Mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksində yerləşir. Sənədlərin təqdim olunması 4 saylı DOST Mərkəzində keçirilib.

Bildirilib ki, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə 7 300-dən çox, ümumilikdə isə 16 mindən artıq mənzil təqdim edilib.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizim Telegram kanalımıza abunə olun
Paylaş: