Azərbaycan-Pakistan əlaqələri müzakirə edildi – Ceyhun Bayramov görüş keçirdi

IMG_6261 Siyasət
03:18 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud siyasi dialoqun əhəmiyyətini xüsusi vurğulayıblar.

Nazirlər, həmçinin beynəlxalq platformalarda milli maraqlara dair məsələlər üzrə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Ən son və aktual xəbərlər üçün Expressxeberler.az-ı izləyin.

15 baxış
Bizim Telegram kanalımıza abunə olun
Paylaş: