Dəhşətli qətl: Siyasətçi və jurnalist canlı yayımda başından güllələndi – ANBAAN VİDEO

IMG_6263 Dünya
03:23 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Peruda regional seçkilər ərəfəsində təbliğat kampaniyası aparan 44 yaşlı siyasətçi və jurnalist Syuzi Aponte Polo silahlı hücum nəticəsində öldürülüb.

Hadisə Karas şəhərinin mərkəzi bazarında baş verib. Məlumata görə, Ankaş bölgəsinin qubernatorluğuna namizəd olan Aponte Polo tərəfdarları ilə birlikdə küçə yürüşündə iştirak edib və sosial şəbəkədə canlı yayım açıb.

Bu zaman kütlənin arasından açılan atəş nəticəsində siyasətçi başından güllələnib. Hücum zamanı daha beş nəfər yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qətl anının canlı yayım zamanı qeydə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Yerli hüquq-mühafizə orqanları hücumun iştirakçılarının müəyyənləşdirilməsi və hadisənin araşdırılması istiqamətində tədbirlər görür.

Ən son və aktual dünya xəbərləri üçün Expressxeberler.az-ı izləyin.

67 baxış
Bizim Telegram kanalımıza abunə olun
Paylaş: