Nestlé-nin Rusiyadakı aktivləri müvəqqəti idarəçiliyə verildi

6aac4f91ae5ac921d33505fe İqtisadiyyat
08:21 Expressxeberler.az

Nestlé şirkətinin Rusiyadakı aktivləri L.E.V. Management şirkətinin müvəqqəti idarəçiliyinə verilib.

Expressxeberler.az xəbər verir ki, bununla bağlı müvafiq fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Sənəd hüquqi aktların rəsmi dərc olunduğu internet resursunda yayımlanıb.

Qeyd edək ki, Putin daha əvvəl Niderlandın boya və lak istehsalçısı Akzo Nobel şirkətinin Rusiyadakı aktivlərinin Tikinti Aktivlərinin İnkişafı ASC-nin müvəqqəti idarəçiliyinə verilməsi barədə də fərman imzalayıb.

Paylaş: