Prezidentdən MÜHÜM AÇIQLAMA – Zavod tikilir, 1000-lərlə iş yeri açılacaq-ƏTRAFLI
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib.
Prezident bildirib ki, proqram çərçivəsində bir neçə yeni zavodun yaradılması nəzərdə tutulur.
Qərb Sənaye Parkında dağ-mədən sənayesinin inkişafı üçün filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının tikilməsi planlaşdırılır.
Həmçinin alüminium istehsalının genişləndirilməsi və 2030-cu ilin sonunadək istehsalın 100 min tona çatdırılması nəzərdə tutulur.
Dövlət başçısının sözlərinə görə, proqram nəticəsində 5 mindən çox yeni daimi iş yeri yaradıla bilər.
Ən son iqtisadi xəbərlər üçün Expressxeberler.az-ı izləyin.
86
baxış
Bizim Telegram kanalımıza abunə olun
›



