Sərdar Ortaç vəsiyyətnamə hazırladı: Kadir İnanırın vəsiyyəti uğrunda yaşananlardan sonra bu addımı atdı
Sosial
Sərdar Ortaç vəsiyyətini yazdı: Sərvətini kimə qoyacağını açıqladı
Expressxeberler.az xəbər verir ki, türkiyəli müğənni Sərdar Ortaç konserti zamanı vəsiyyətnaməsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Sənətçi aktyor Kadir İnanırın sağlığında əmlakı ilə bağlı verdiyi qərarı nümunə göstərərək özü də vəsiyyətnamə hazırladığını bildirib.
Ortaç vəfatından sonra sərvətinin əsas hissəsini yanında çalışan işçilərinə, eləcə də bir neçə il əvvəl dünyasını dəyişən qardaşının övladlarına buraxacağını deyib.
Müğənninin 2023-cü ildə verdiyi açıqlama da yenidən gündəmə gəlib. Övladı olmadığı üçün əmlakını əməkdaşlarına miras qoyacağını bildirən Ortaçın İstanbulun İstinye ərazisində yerləşən villasının da vəsiyyətə daxil olduğu qeyd edilir.
Təxminən 750 kvadratmetr ərazidə yerləşən villada 8 otaq, 4 qonaq otağı və 4 hamamın olduğu, həmçinin terras, balkon, təhlükəsizlik kameraları və həyət sahəsinin mövcudluğu bildirilir. Məlumata görə, 2016-cı ildə təxminən 15 milyon lirəyə alınan mülkün dəyəri hazırda 75 milyon lirə civarındadır.
Ortaç bildirib ki, bu ev də daxil olmaqla digər əmlak və aktivləri vəsiyyətnamədə göstərilən şəxslərə veriləcək.
Ən son və maraqlı xəbərlər üçün Expressxeberler.az-ı izləyin.



