⚠️ Bir neçə kartı olanlar DİQQƏT: Banklar Assosiasından yeni açıqlama

IMG_7083 Cəmiyyət
22:50 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Azərbaycanda bankların təqdim etdiyi ödəniş kartlarının sayına tətbiq olunan yeni risk əsaslı yanaşma hazırda istifadə olunan kartlara məhdudiyyət yaratmır.

Banklar Assosiasiyasından bildirilib ki, müştərilər mövcud kartlarından onların etibarlılıq müddəti başa çatanadək və ya kart hesabı bağlanılanadək istifadə edə bilərlər.

Əlavə kart almaq istəyən şəxsin müraciəti isə bank tərəfindən risk əsaslı yanaşma çərçivəsində qiymətləndiriləcək. Müştəri kartdan istifadə məqsədini əsaslandıra bildikdə və qanunsuz istifadə ilə bağlı risk olmadığı müəyyənləşdikdə əlavə kartın verilməsi mümkün olacaq.

Qeyd olunur ki, yanaşma yalnız konkret banka şamil edilir. Yəni bir bankda tətbiq olunan bu qayda müştərinin digər banklardan kart əldə etməsinə mane olmur.

Yeni yanaşma 1 avqust 2026-cı ildən tətbiq edilir və əsas məqsəd ödəniş sistemlərindən sui-istifadə və maliyyə fırıldaqçılığı risklərini azaltmaqdır.

Express Xəbərlər — ən son və vacib xəbərləri sizə çatdırır.

49 baxış
Paylaş: