İran şərt qoydu: Hörmüz boğazı açılmayacaq

IMG_7396 Dünya
01:55 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Hörmüz boğazının açılması ilə bağlı açıqlama verib.

O bildirib ki, Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazında gəmiçiliyin bərpası gözlənilmir.

İbrahim Əzizinin sözlərinə görə, Vaşinqton danışıqlar məsələsini düzgün qiymətləndirmir və İranın yalnız “güc dilini” anladığını iddia edib.

“İran öz ərazisini müdafiə edir və hazırda vəziyyət sabitdir”, – deyə o bildirib.

Komissiya sədrinin sözlərinə görə, İranın kəşfiyyat imkanları genişdir və ölkə müxtəlif istiqamətlərdə vəziyyəti izləyir. O, ABŞ-ın strateji hesablamalarında səhvə yol verdiyini və İrana qarşı müharibədə qarşıya qoyduğu məqsədlərə nail olmadığını iddia edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təklifini rədd edib.

Expressxeberler.az olaraq bölgədə baş verən son hadisələri izləyirik.

13 baxış
Paylaş: