NİDA XƏBƏR Zakir Həsənov Pakistana başsağlığı verdi

IMG_5926 Gündəm
12:40 Expressxeberler.az

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Bu barədə Expressxeberler.az –a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.”

140 baxış
WhatsApp kanalımıza qoşulun
Paylaş: