Ebola can almağa davam edir: Ölənlərin sayı 3600-ü ötdü
Dünya
Konqo Demokratik Respublikasında Ebola virusu ilə bağlı ölüm halları 3600-ü ötüb.
Expressxeberler.az xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində Ebola səbəbindən daha 23 nəfər həyatını itirib. Bununla yanaşı, ölkədə virusa yeni yoluxanların sayı 58 nəfər artaraq ümumi yoluxma sayını 7 672-yə çatdırıb.
Hazırda xəstəxanaların xüsusi şöbələrində Ebola simptomları müşahidə olunan 900-dən çox pasiyentin müalicəsi davam etdirilir.
Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 7-nə olan məlumatında isə KDR-də Ebola ilə bağlı ölüm göstəricisinin 48 faiz olduğu bildirilib. Yəni qeydə alınan yoluxmalar arasında təxminən hər iki nəfərdən biri həyatını itirib.
17
baxış
Facebook səhifəmizi izləyin
›



