“Ömər baba” “Polad”ı yıxdı-sürüdü: Hər şeyi açıb danışdı

IMG_5983 Gündəm
20:40 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, “Kurtlar Vadisi” serialında “Ömər Baba” obrazını canlandıran Emin Olcay illər sonra layihənin pərdəarxası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Aktyor müsahibəsində serialın rejissoru Osman Sınavın layihədən qəfil ayrılmasından danışıb. Olcay bildirib ki, Sınavın bu qərarı yaradıcı heyət üçün gözlənilməz olub.

Onun sözlərinə görə, Osman Sınavdan sonra serialın mövzusu və istiqaməti dəyişməyə başlayıb, layihədə siyasi məqamlar ön plana çıxıb. Aktyor ssenaridə müəyyən dəyişikliklər hiss etdiyini və bununla bağlı yaradıcı heyətlə danışmağa çalışdığını, lakin cavab ala bilmədiyini deyib.

Emin Olcay serialın bəzi məlumatlarının haradan əldə edildiyi ilə bağlı da suallarının olduğunu bildirib.

Aktyor həmçinin Osman Sınavı çəkiliş zamanı üzərində silahla gördüyünü və onun ofisində “mafiya ombudsmanı” adlandırdığı bir şəxslə görüşdüyünü söyləyib.

Olcay “Kurtlar Vadisi” ilə bağlı araşdırma aparılmasını da dəstəklədiyini vurğulayıb. O bildirib ki, həqiqətlər ortaya çıxmalı, qanunsuzluq olubsa, məsul şəxslər cəzalandırılmalı, hər hansı yanlışlıq aşkarlanmazsa, bu şəxslər bəraət qazanmalıdır.

18 baxış
Paylaş: