Rusiya 600 min nəfəri səfərbər edir? – Kəşfiyyatdan ŞOK İDDİA
Dünya
Expressxeberler.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın nəzəri olaraq 600 min nəfəri səfərbər etmək imkanına malik olduğunu bildirib.
Kəşfiyyatın məlumatına görə, Rusiyanın bu qədər şəxsi eyni vaxtda hazırlamaq üçün kifayət qədər təlimatçı, poliqon və maddi-texniki resursu yoxdur.
Qurumun bildirdiyinə görə, Kreml hər ay 100 minə qədər yeni döyüşçü hazırlamaq imkanına malikdir. Kütləvi səfərbərlik elan olunarsa, şəxsi heyətin hazırlığının bir neçə ay ərzində mərhələli şəkildə aparılması gözlənilir.
Rusiya rəsmiləri isə yeni genişmiqyaslı səfərbərlik planlarını rəsmi olaraq təkzib edirlər.
Ən son və aktual xəbərlər üçün Expressxeberler.az-ı izləyin.
8
baxış
WhatsApp kanalımıza qoşulun
›



