Trampdan İrana sərt mesaj: “Vəziyyətləri heç yaxşı deyil”
Siyasət
Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
Tramp İranın hazırkı vəziyyətinin yaxşı olmadığını və Tehranla bağlı danışıqların aparıldığını bildirib.
“Bu gün İranla bağlı görüşlərim var. İran çox pis vəziyyətdən keçir. İran nüvə silahına sahib olmayacaq. Vəziyyətləri heç yaxşı deyil”, – deyə ABŞ Prezidenti qeyd edib.
ABŞ və İran arasında münasibətlərdə gərginlik davam edir. Tərəflər arasında diplomatik təmasların olduğu bildirilsə də, konkret nəticələr barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Tramp daha əvvəl BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşə açıq olduğunu açıqlamışdı. Pezeşkianın sessiyada iştirak etmək üçün ABŞ-a səfər etməsi gözlənilir.
Ən son və aktual xəbərlər üçün Expressxeberler.az-ı izləyin.



