Samir “AzParking”ə səsləndi: “Qulaq asan yoxdur”

IMG_7103 Cəmiyyət
02:10 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, aparıcı Samir Bayramlı “AzParking”in fəaliyyəti ilə bağlı narazılığını sosial şəbəkə hesabında paylaşdığı statusla ifadə edib.

Aparıcı yazıb ki, qurumla bağlı hər hansı məsələnin həllinə nail olmaq çətindir.

“AzParking-ə indiyə qədər kimsə nəyisə sübut edə bilib? Varsa, elə biri desin, ən azı nümunəm olsun. Çox “möhtəşəm” işləyirlər. Heç kim veclərinə deyil, qulaq asan yoxdur. Həmişə də nə səhvləri olur, nə də günahları!” – deyə Samir Bayramlı bildirib.

Expressxeberler.az olaraq gündəmin ən son xəbərlərini sizə çatdırırıq.

24 baxış
Bizim Telegram kanalımıza abunə olun ›
Paylaş: