İlham Əliyevdən “ADEX 2026” sərgisinin iştirakçılarına müraciət

IMG_8265 Gündəm
10:18 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət edib.

Dövlət başçısı müraciətində sərgilərin müdafiə sənayesi, təhlükəsizlik və xilasetmə sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident qeyd edib ki, sərgilər yeni işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsinə və hərbi-texniki tərəfdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək.

İlham Əliyev sərgilərin uğurla keçiriləcəyinə və iştirakçılar arasında yeni əməkdaşlıq imkanlarının yaranacağına əminliyini bildirib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

34 baxış
WhatsApp kanalımıza qoşulun ›
Paylaş: