Leyla Əliyeva daha bir görüş keçirdi – FOTOLAR
Cəmiyyət
Leyla Əliyeva Raffaella Culiani ilə görüşüb
Expressxeberler.az xəbər verir ki, sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüşüb.
Görüşdə Azərbaycan nümayəndə heyətinin iştirakı məmnunluqla qarşılanıb. Raffaella Culiani Azərbaycanla əməkdaşlığın simvolu olan “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı barədə danışıb.
Bildirilib ki, əməkdaşlığın təməli Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub.
Görüş zamanı katakombaların bərpası, yeni restavrasiya layihələrinin həyata keçirilməsi və bu prosesə tələbə və mütəxəssislərin cəlb olunması məsələləri müzakirə edilib. Azərbaycandakı müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışmasının da vacibliyi vurğulanıb.
Azərbaycanın xristian irsinin qorunması və bərpasına verdiyi töhfə yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu əməkdaşlıq tolerantlıq, sülh və mədəniyyətlərarası dialoq baxımından mühüm əhəmiyyət daşıyır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.




