Trampın zirvə görüşü: Süni intellekt nəhəngləri Ağ Evdə

IMG_8253 Gündəm
02:56 Expressxeberler.az

Tramp texnologiya nəhənglərinin rəhbərləri ilə görüşür

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Evdə dünyanın aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə süni intellektin tənzimlənməsi məsələsini müzakirə edirlər.

Görüşdə “Meta”nın rəhbəri Mark Zukerberq, “Anthropic” şirkətinin baş direktoru Dario Amodei, “Nvidia”nın rəhbəri Jensen Xuanq və “OpenAI”nin prezidenti Qreq Brokmanın iştirak etdiyi bildirilir.

Görüşə “Google”un rəhbəri Sundar Piçainin və “xAI”nin rəhbəri İlon Maskın da qatılması gözlənilir.

Süni intellekt sahəsində sürətli inkişaf fonunda texnologiyanın təhlükəsizliyi və tənzimlənməsi ilə bağlı müzakirələr son dövrlərdə daha da aktuallaşıb.

Bundan əvvəl “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson texnologiya şirkətləri arasındakı rəqabətin dünyanı “geri dönməz nöqtəyə” yaxınlaşdırdığını bildirərək AI sənayesini tərk etdiyini açıqlamışdı.

“OpenAI”nin baş direktoru Sem Altman isə iyul ayında dünyanın süni intellekt yarışında “sinqulyarlıq nöqtəsinə” çatdığını bəyan etmişdi.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.

6 baxış
Paylaş: