Dubaydan Təl-Əvivə uçan təyyarədə həyəcan: Qaçırılma siqnalı verildi, qırıcılar havaya qalxdı-FOTO

IMG_8276 Gündəm
11:30 Expressxeberler.az

Dubaydan Təl-Əvivə uçan təyyarədə həyəcan: Qaçırılma siqnalı verildi, qırıcılar havaya qalxdı

Expressxeberler.az xəbər verir ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı fövqəladə siqnallar verib.

174 sərnişinin olduğu bildirilən təyyarə əvvəlcə 7700, daha sonra isə mümkün qaçırılma və ya qanunsuz müdaxilə zamanı istifadə olunan 7500 siqnalını göndərib. Bundan sonra təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanına istiqamət alıb.

Hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Kats məsələ ilə bağlı təcili müşavirə keçirib.

Təyyarə daha sonra Səudiyyə Ərəbistanının Tabuk şəhərində təhlükəsiz şəkildə eniş edib. Sonrakı məlumatlarda hadisənin qaçırılma olmadığı bildirilib. İsrail mətbuatının yaydığı məlumata görə, həyəcan siqnalının verilməsinə pilotlar arasında baş verdiyi bildirilən fiziki qarşıdurma səbəb olub.

Hadisənin bütün detalları araşdırılır.

Hər gün ölkədə və dünyada baş verən ən son hadisələri Expressxeberler.az saytında izləyin.

238 baxış
Instagram səhifəmizə abunə olun ›
Paylaş: