Səudiyyə Ərəbistanında İtaliya qırıcısı zədələnib
Texnalogiya
Səudiyyə Ərəbistanının Taif hava bazasına endirilən zərbə nəticəsində İtaliyaya məxsus “Eurofighter F-2000” qırıcı təyyarəsi zədələnib.
“Expressxeberler.az”-ın məlumatına görə, İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib ki, təyyarə bazanın ucqar ərazisində yerləşib. Hücum zamanı İtaliya hərbçilərinin istifadə etdiyi digər avadanlıq və infrastruktura ziyan dəyməyib.
Nazirin sözlərinə görə, bazada İtaliya hərbçiləri yerləşdirilib. Hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər əvvəlcədən gücləndirilib.
Hücum nəticəsində İtaliya hərbçiləri arasında itki və xəsarət barədə məlumat verilməyib.

