Ayda 222 metrlik yeni krater aşkar edildi

6aab3b5e02e8bd6f087ea04b Texnalogiya
09:46 Expressxeberler.az

NASA-nın Lunar Reconnaissance Orbiter kosmik aparatı Ayın səthində diametri təxminən 222 metr, dərinliyi isə 43 metr olan yeni krater aşkar edib.

Expressxeberler.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, krater 2024-cü ilin mayında asteroid və ya kometa parçasının Ayın səthi ilə toqquşması nəticəsində yaranıb. Toqquşma Yer kürəsində və ya kosmosda teleskoplar vasitəsilə qeydə alınmayıb.

Krater yalnız 2025-ci ilin avqustunda kosmik aparatın çəkdiyi görüntülərin müqayisəsi zamanı müəyyən edilib. Tədqiqatçılar hesab edirlər ki, bu ölçüdə zərbə kraterlərinin yaranması təxminən hər 132 ildən bir baş verir.

Mütəxəssislərin məlumatına görə, yeni krater Roma Kolizeyindən daha böyükdür və son dövrlərdə Günəş sistemində qeydə alınan ən iri zərbə kraterlərindən biridir.

WhatsApp kanalımıza qoşulun
Paylaş: