Pərviz Şahbazov Laçında vətəndaşlarla görüşüb

1789742971430326076_1200x630 Gündəm
19:17 Expressxeberler.az

Energetika naziri Pərviz Şahbazov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında vətəndaşlarla görüşüb.

“Expressxeberler.az”-ın məlumatına görə, görüş zamanı vətəndaşların qaz təchizatı, elektrik şəbəkəsinə qoşulma, kəndin elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin qanunvericiliyə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Nazirliyin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi görüşdə Laçın rayonundan 11 vətəndaş iştirak edib.

WhatsApp kanalımıza qoşulun
Paylaş: