Rusiya Yaponiyaya İkinci Dünya müharibəsinin nəticələrini tanımağı xatırlatdı
Gündəm
Rusiya Xarici İşlər Nazirliyi Yaponiya rəhbərliyinin İkinci Dünya müharibəsinin nəticələrini tanımasının vacibliyini bir daha vurğulayıb.
Expressxeberler.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova nazirliyin saytında yayımlanan şərhində bildirib.
Zaxarovanın sözlərinə görə, Moskva Yaponiyanın İkinci Dünya müharibəsinin nəticələrini, o cümlədən Cənubi Kuril adaları ilə bağlı ərazi məsələlərini tanımasını və remilitarizasiya kursundan imtina etməsini vacib hesab edir.
Qeyd edək ki, sentyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Kyuşu adasında ABŞ-ın “Typhon” orta mənzilli raket sistemlərini yerləşdirməsi ilə bağlı Tokioya etiraz notası göndərib.
Bundan əvvəl, avqustun 31-də isə ABŞ-la keçirilməsi planlaşdırılan hərbi təlimlərlə əlaqədar Yaponiyanın Rusiyadakı səfirliyinə diplomatik təqdimat verilib.

