ABŞ Ermənistanın müdafiə islahatlarını dəstəkləyəcək
Siyasət
ABŞ müdafiə nazirinin köməkçisinin müavini Endryu Lumis ABŞ-ın Ermənistanda aparılan müdafiə islahatlarını dəstəkləməyə davam edəcəyini bildirib.
Expressxeberler.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, ABŞ-ın dəstəyi məsləhət yardımı, təcrübə mübadiləsi və digər proqramları əhatə edəcək.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, bu tədbirlər davam edən islahatlar çərçivəsində ordunun transformasiyası prosesinə dəstək məqsədi daşıyacaq.

