Rusiya ordusu Dneprdə ticarət mərkəzinə zərbə endirdi
Dünya
Expressxəbərlər.az xəbər verir ki, Rusiyanın Ukraynanın Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində ticarət mərkəzində güclü yanğın baş verib.
Məlumata görə, zərbə “Novıy Kontinent” ticarət mərkəzinə dəyib. Hadisə yerində yanğın başlayıb və əraziyə xilasedicilər cəlb olunub.
İlkin məlumata əsasən, hücum nəticəsində iki nəfər yaralanıb. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
5
baxış
WhatsApp kanalımıza qoşulun
›



