Ermənistanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi ola bilməz.-Paşinyan
Siyasət
Expressxeberler.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərinin əvvəlki formatda davam edə bilməyəcəyini bildirib.
Paşinyan qeyd edib ki, əvvəlki münasibətlər münaqişə şəraiti ilə bağlı olub. Onun sözlərinə görə, Ermənistanda sülh mühiti qorunduğu müddətdə Rusiya ilə əlaqələr də yeni reallığa uyğun qurulmalıdır.
Baş nazir Ermənistanın Rusiya ilə əlaqələri kəsmək niyyətində olmadığını, əksinə, münasibətləri yeni şəraitdə inkişaf etdirmək istədiyini bildirib.
3
baxış
Facebook səhifəmizi izləyin
›



