DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb
Cəmiyyət
Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Expressxeberler.az”-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər, dələduzluğa görə axtarışda olan 7 nəfər aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

