Lionel Messi Argentina millisinə çağırıldı – vida oyunu keçiriləcək
İdman
39 yaşlı “İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina milli komandasının heyətinə daxil edilib.
Expressxeberler.az xəbər verir ki, Argentina Futbol Assosiasiyasının açıqlamasına əsasən, milli komanda sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina Faso və oktyabrın 6-da Beninlə qarşılaşacaq.
Messinin oktyabrın 6-da Beninə qarşı keçiriləcək oyunda Argentina millisində son dəfə meydana çıxması və bu qarşılaşmanın onun üçün vida matçı olması planlaşdırılır. Görüş Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək. AFA prezidenti Klaudio Tapia Messinin vida oyununa dəvəti qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.

