Prezident yeni icra başçısı təyin etdi – 37 yaşlı Məmmədiyə Məmmədov kimdir?

IMG_7959 Gündəm
02:35 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.

O, 2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Hüquq fakültəsində hüquqşünaslıq üzrə bakalavr təhsili alıb.

2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində yerləşən Regents Universitetində biznesin idarə edilməsi üzrə təhsil alıb.

2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb. 2025-ci ildə isə ABŞ-nin Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu başa vurub.

Əmək fəaliyyəti

Məmmədiyə Məmmədov 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2022-ci ilin iyulundan Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.

O, 2024-cü ildə Bakıda keçirilən COP29-da fəal iştirakına görə Prezident İlham Əliyevin “Təşəkkürnamə”si ilə təltif olunub.

Məmmədiyə Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailə vəziyyəti: evlidir, iki övladı var.

  1. Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən ən son hadisələri operativ şəkildə oxuyun.
22 baxış
Instagram səhifəmizə abunə olun ›
Paylaş: