Taker Karlson: “Tramp mənə İsrailə görə qəzəbləndi”

6aad82a6ae5ac91b8264bb96 Gündəm
22:29 Expressxeberler.az

Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın ona niyə qəzəbləndiyini açıqlayıb.

Expressxeberler.az xəbər verir ki, Karlson bu barədə “Vesti” xəbər agentliyinin əməkdaşı Olqa Skabeyevaya müsahibəsində danışıb.

Jurnalistin sözlərinə görə, Tramp onun ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını və İsrailə dəstəyini tənqid etməsindən narazı qalıb.

“Düşünürəm ki, Tramp əsəbiləşib. Mən onu həmişə çox bəyənmişəm. O, maraqlı, çox gülməli və ağıllı insandır. Lakin onu tənqid etdiyim üçün mənə qəzəbləndi. Çünki o, İsrailin maraqlarını öz ölkəsinin maraqlarından üstün tuturdu. Trampa görə təəssüflənirəm”, – deyə Karlson bildirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl BMT-də İran məsələsini regional müttəfiqləri ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Bizim Telegram kanalımıza abunə olun
Paylaş: