İran aviaşirkətlərinə sərt məhdudiyyət – Sentyabrın 23-dən başlayır

IMG_6010 Dünya
22:02 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC-yə açıqlamasında həmin tarixdən etibarən İran aviaşirkətlərinin beynəlxalq fəaliyyətinin faktiki olaraq məhdudlaşdırılacağını bildirib.

Onun sözlərinə görə, İran aviaşirkətlərinə məxsus təyyarələr xarici ölkələrdə eniş etdikdə onlara yanacaq və yerüstü xidmətlərin göstərilməsi, eləcə də bilet satışının həyata keçirilməsi qadağan ediləcək.

Bessent bildirib ki, bu tələblərə əməl edilməməsi dollar maliyyə sistemindən kənarlaşdırılma ilə nəticələnə bilər.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar tətbiq edib. Tədbirlər çərçivəsində 27 İran aviaşirkəti sanksiya siyahısına daxil edilib. İranın aviasiya sektoruna dəstək göstərən xarici qurumların da sanksiyalarla üzləşə biləcəyi açıqlanıb.

3 baxış
Bizim Telegram kanalımıza abunə olun
Paylaş: