Almaniyada seçkilərin ilkin nəticələri açıqlandı
Dünya
Berlinlə bağlı diqqətçəkən nəticə
Expressxeberler.az xəbər verir ki, Almaniyanın Berlin və Meklenburq-Ön Pomeraniya federal əyalətlərində keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
Berlin Deputatlar Evinə seçkilərdə Türkiyə əsilli Elif Eralpın əsas namizədlərindən olduğu Sol Partiya 24,8 faiz səslə ilk sırada qərarlaşıb. CDU 20 faizlə ikinci, AfD isə 15,7 faizlə üçüncü olub. Yaşıllar 15, SPD 12, BSW isə 5 faiz səs toplayıb.
Meklenburq-Ön Pomeraniyada isə AfD 37,1 faiz səslə birinci olub. SPD 35,6 faizlə ikinci, Sol Partiya 7,4 faizlə üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, Elif Eralp koalisiya hökumətinə rəhbərlik edəcəyi halda Berlinin miqrant əsilli ilk bələdiyyə sədri olacaq.
0
baxış
Bizim Telegram kanalımıza abunə olun
›



