ABŞ İranın neft satışına mane olmaq üçün vəzifəli şəxslərə sanksiya tətbiq etdi

IMG_1781 Dünya
02:18

ABŞ İrandan olan bir sıra şəxslərə qarşı yeni sanksiyalar tətbiq etdi

Expressxeberler.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar paketi elan edib.

Məhdudiyyətlər Vaşinqtonun İran rejiminin “neft nümayəndələri” adlandırdığı şəxslərə şamil olunub. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, həmin şəxslər İran neftinin xaricdə satışından əldə olunan gəlirlərin toplanmasına cavabdeh olublar. Lakin bəzi hallarda vəsaitlərin bir hissəsini mənimsəməkdə ittiham edilirlər.

Sanksiyalar siyahısına İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş kəşfiyyat zabiti Məhəmməd Cavad Bavənd də daxil edilib. O, Tehranın üçüncü ölkələrdə saxlanılan neft gəlirlərinin geri qaytarılması istiqamətində səyləri əlaqələndirməkdə ittiham olunur.

İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın qardaşı Məcid Tac da sanksiyaya məruz qalıb. Siyahıda, həmçinin İran neftini Çin neft emalı zavodlarına çatdırmaq üçün fəaliyyət göstərən vasitəçi şirkətlərdə yüksək vəzifələr tutan SEPAH briqada generalının oğlu Məhəmmədhüseyn Sərvati yer alıb.

Digər sanksiya tətbiq edilən şəxs Mahan Air aviaşirkətinin rəhbərinin oğlu Müctəba Ərəbnejaddır. ABŞ tərəfinin məlumatına görə, o, aviaşirkət üçün təyyarə hissələrinin alınmasında iştirak edib və neft satışından əldə olunan gəlirlərin bir hissəsinə nəzarət edib.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, İran rejimi ölkə vətəndaşlarının maraqlarından daha çox öz maraqlarını üstün tutur. Onun sözlərinə görə, ölkədə insanlar çörək və yanacaq çatışmazlığı ilə üzləşdiyi halda, hakimiyyət öz maraqlarını qorumağa çalışır.

Bessent, həmçinin qeyd edib ki, rejim dənizdəki neft ehtiyatlarını tükədib və artıq satılmış xam neftdən əldə olunan gəlirləri heç vaxt görə bilməz.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#ABŞ #İran #Sanksiyalar #Expressxeberler.az

12 baxış
Paylaş: