Bütün arzular gerçəkləşsəydi, yaşamağa maraq qalmazdı”

IMG_1778 Gündəm
01:00

Vahid Əziz: “Bütün arzular gerçəkləşsəydi, yaşamağa maraq qalmazdı”

Expressxeberler.az xəbər verir ki, Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz həyatda həyata keçməyən arzularından və yaşadığı təcrübələrdən danışıb.

O, bu barədə ATV telekanalında yayımlanan “Qonaqcanlı” verilişində danışarkən bildirib ki, insanın bütün arzularına çatması bəlkə də həyatın marağını azaldardı.

“Əgər insan bütün arzularını həyata keçirsəydi, yaşamaq üçün maraq qalmazdı. Çox şey olub ki, etmək istəmişəm, alınmayıb. Elə olub ki, Tanrı qismət etməyib”, – deyə Vahid Əziz qeyd edib.

Xalq şairi söhbətində həyatda qarşılaşdığı sınaqlardan, gördüyü yaxşı və pis münasibətlərdən, əsl dostluğun dəyərindən də danışıb.

#Expressxeberler.az #VahidƏziz #Qonaqcanlı

40 baxış
Paylaş: