‼️Bu ölkədə dövlət çevrilişi başladı. Prezident təcili ölkəyə qayıdır!
Dünya
‼️SON DƏQİQƏ
Expressxeberler.az xəbər verir ki, Polşada Konstitusiya Tribunalı ətrafında yaranan gərginlik ölkədə siyasi böhranı daha da dərinləşdirib. Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik baş verənləri dövlət çevrilişi cəhdi kimi qiymətləndirib.
Polşa Prezidenti Karol Navrotski hadisələrlə əlaqədar Seneqala səfərini yarımçıq saxlayaraq Varşavaya qayıtmaq qərarı verib.
Gərginlik Konstitusiya Tribunalının rəhbəri Bohdan Şvençkovskinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərardan sonra başlayıb. Polis tribunalın ərazisində təhlükəsizlik tədbirləri həyata keçirib. Əraziyə toplaşan etirazçılarla polis arasında qarşıdurma yaşanıb, bəzi şəxslər əməkdaşlara təhlükəli əşyalar atıblar.
Hakimiyyət və məhkəmə rəhbərliyi arasında yaranan mübahisə tribunalın fəaliyyətini faktiki olaraq iflic edib.
Münaqişənin əsas səbəblərindən biri hakimlərin təyin olunması ilə bağlıdır. Prezident Navrotski parlament tərəfindən seçilmiş üç hakimin and içməsini qəbul etməyib. Tribunalın rəhbərliyi isə parlament çoxluğunun irəli sürdüyü digər hakimlərin fəaliyyətə başlamasına mane olub.
Müxalifət nümayəndələri baş verənləri dövlət çevrilişi cəhdi adlandırır, hökumət isə addımlarını hüquqi sistemin bərpası ilə əsaslandırır.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Polşa #DövlətÇevrilişi #Avropa #Expressxeberler #Expressxeberler.az



