Aparıcının ölümündə “Ayıq sürücü” detalı.SON ANDA İMTİNA EDİB-FACİƏNİN TƏFƏRRÜATI

IMG_6486 Gündəm
21:19

Expressxeberler.az xəbər verir ki, qəzada həyatını itirən aparıcı Ada Süleymanova ad günü məclisindən sonra evə getmək üçün ayıq sürücü sifariş edib. Sürücü vaxtında gəlib və aparıcının evə çatdırılması üçün xidmət göstərməyə hazır olub.

Məlumata görə, Ada Süleymanova xidmət haqqını da ödəyib. Lakin son anda onun tanışı Anar Kərimov ayıq sürücünün xidmətindən imtina edərək aparıcını özü evə aparacağını bildirib. Bundan sonra ayıq sürücü geri qaytarılıb, avtomobilin sükanı arxasına Anar Kərimov keçib.

Qeyd edək ki, Ada Süleymanova noyabrın 22-də paytaxtın Səbail rayonunda yerləşən “Narşərab” restoranında 31 yaşını qeyd edib. Saat 19:00-da başlayan məclis gecə saat 01:00-dək davam edib.

Ad günündən sonra aparıcı qonaqlarını yola salaraq restoranın hesabını ödəyib və tanışı Anar Kərimovla birlikdə avtomobillə yola düşüb.

Restorandan təxminən 10-15 dəqiqə sonra Anar Kərimov idarəetməni itirərək DAF markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində hər iki şəxs hadisə yerində həyatını itirib.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb və nəticədə avtomobilin idarəetməsini itirib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#AdaSüleymanova #Qəza #Bakı #Expressxeberler.az

z xəbər verir ki, qəzada həyatını itirən aparıcı Ada Süleymanova ad günü məclisindən sonra evə getmək üçün ayıq sürücü sifariş edib. Sürücü vaxtında gəlib və aparıcının evə çatdırılması üçün xidmət göstərməyə hazır olub.

Məlumata görə, Ada Süleymanova xidmət haqqını da ödəyib. Lakin son anda onun tanışı Anar Kərimov ayıq sürücünün xidmətindən imtina edərək aparıcını özü evə aparacağını bildirib. Bundan sonra ayıq sürücü geri qaytarılıb, avtomobilin sükanı arxasına Anar Kərimov keçib.

Qeyd edək ki, Ada Süleymanova noyabrın 22-də paytaxtın Səbail rayonunda yerləşən “Narşərab” restoranında 31 yaşını qeyd edib. Saat 19:00-da başlayan məclis gecə saat 01:00-dək davam edib.

Ad günündən sonra aparıcı qonaqlarını yola salaraq restoranın hesabını ödəyib və tanışı Anar Kərimovla birlikdə avtomobillə yola düşüb.

Restorandan təxminən 10-15 dəqiqə sonra Anar Kərimov idarəetməni itirərək DAF markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində hər iki şəxs hadisə yerində həyatını itirib.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb və nəticədə avtomobilin idarəetməsini itirib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#AdaSüleymanova #Qəza #Bakı #Expressxeberler.az

751 baxış
Paylaş: