Barcelona Bakıya gəldi
Gündəm
“Barselona” Bakıya gəldi – Azarkeşlər komandaya coşqu ilə qarşıladı
Expressxeberler.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib.
Kataloniya təmsilçisinin üzvlərini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. İspaniya nəhəngini hava limanında çoxsaylı azərbaycanlı azarkeşlər böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Barselona #Sabah #ÇempionlarLiqası
247
baxış



