Rusiya Ermənistana xəbərdarlıq etdi: “Müvafiq reaksiya verəcəyik”
Siyasət
Expressxeberler.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda fəaliyyət göstərən Rusiya iqtisadi operatorlarının qanuni maraqlarının pozulmasının mümkün nəticələri barədə xəbərdarlıq edib.
Rusiya XİN-dən bildirilib ki, Ermənistandakı Rusiya şirkətlərinin qanuni maraqlarına riayət olunması yaxından izlənilir. Nazirlik qeyd edib ki, bu maraqların pozulması təkcə Ermənistanın investisiya mühitinə zərər vurmayacaq, həm də Rusiyanın müvafiq reaksiyasına səbəb olacaq.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistanın rusiyalı sahibləri aktivlərindən imtina etməyə məcbur etmək niyyətində olduğunu bildirmişdi.
İyul ayında isə Rusiya Xarici Kəşfiyyat Xidməti Avropa İttifaqının Ermənistandan strateji sektorlarda Rusiya biznesinin iştirakını azaltmağı tələb etdiyini açıqlamışdı.

