Paşinyan: Rusiya Gümrüdəki hərbi bazanı çıxarsa, etiraz etməyəcəyik
Siyasət
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ölkədə qalma şərtlərinin müzakirəsinə hazır olduqlarını bildirib. O, Rusiyanın bazanı çıxarmaq qərarına gələcəyi təqdirdə Yerevanın buna etiraz etməyəcəyini deyib.
Expressxeberler.az xəbər verir ki, Paşinyan Rusiyanın hərbi bazanı saxlamaq istəməsi halında isə Ermənistanın onun gələcək fəaliyyəti ilə bağlı müzakirələrə hazır olduğunu açıqlayıb.
“Əgər Rusiya onu geri çəkmək qərarına gəlsə, biz etiraz etməyəcəyik. Əgər onlar onu geri çəkmək istəmirlərsə, biz məsələni müzakirə etməyə hazırıq”, – Paşinyan bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Paşinyanın Gümrüdəki hərbi baza ilə bağlı açıqlamasına Mixail Bulqakovun “İt ürəyi” əsərindən sitatla cavab verib: “Siz kişisiniz, yoxsa qadın?”

