BMT Ukraynada seçkilərin keçirilməsinə yardım göstərə bilər
Siyasət
Birləşmiş Millətlər Təşkilatı Ukraynada seçkilərin keçirilməsi ilə bağlı rəsmi müraciət daxil olacağı təqdirdə prosesə dəstək verməyə hazır olmalıdır.
Expressxeberler.az xəbər verir ki, bunu BMT Baş katibi vəzifəsinə namizəd Karolin Rodrigez-Birket deyib.
Onun sözlərinə görə, BMT-nin yardımı yalnız seçkilərin müşahidəsi ilə məhdudlaşmaya, seçki prosesinə hazırlıq mərhələsini də əhatə edə bilər.
“Belə bir sorğu gələrsə, BMT hazır olmalıdır”, – deyə Rodrigez-Birket bildirib.
O əlavə edib ki, beynəlxalq müşahidəçilərin ölkəyə dəvət edilməsi barədə qərarı müvafiq dövlət özü qəbul edir.

