Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib
İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur start götürüb.
Expressxeberler.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şəfa” ilə qarşılaşıb. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 61-ci dəqiqədə penaltidən Marko Yankoviç vurub.
Xallarını 13-ə çatdıran “köhlən atlar” ikinci pilləyə yüksəlib. Bakı klubu isə 3 xalla 10-cu pillədə qalıb.
Günün ilk matçında “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə üstələyib.

