Paşinyan rus dili kursuna getdiyini açıqladı

6aabd5d1ae5ac9391c42d2ed Cəmiyyət
14:22 Expressxeberler.az

Ermənistanın baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatıldığını bildirib.

Expressxeberler.az xəbər verir ki, Paşinyan bunu Ermənistan Nazirlər Kabinetinin iclasında deyib. İclasda dövlət qulluqçularının iş göstəricilərinin artırılması halında əlavə ödənişlərin verilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

Əmək və sosial məsələlər naziri Arsen Torosyan dövlət qulluqçularının daha səmərəli çalışması üçün xarici dilləri, ilk növbədə isə ingilis dilini öyrənməli olduğunu bildirib.

Paşinyan isə bu fikrə münasibət bildirərkən rus dilini də nümunə göstərib:

“Mən hazırda Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərində iştirak edirəm”.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Yerevan arasındakı tərəfdaşlığın hər iki tərəfin maraqlarına uyğun olduğunu bildirib.

WhatsApp kanalımıza qoşulun
Paylaş: