Tramp CNN, MSNOW və Politico jurnalistlərini Ağ Evə buraxmır
Gündəm
ABŞ Prezidenti Donald Tramp CNN, MSNOW və Politico jurnalistlərinin Ağ Evə girişini qadağan edib.
Expressxeberler.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Dərhal qüvvəyə minməklə saxta xəbər kanalları olan CNN, MSNOW və Politico-nu Ağ Evdən qadağan edirəm”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti MSNOW-un adını MSNBC-dən dəyişdirdiyini və bunun səbəbinin kanalın az izləyici sayına və nüfuza malik olması olduğunu bildirib.
Tramp həmçinin Politico-nu Co Bayden administrasiyası dövründə ABŞ hökumətindən 8 milyon dollarlıq abunə ödənişi almaqda ittiham edib və bu ödənişi “qanunsuz və gülünc” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl amerikalı jurnalist Taker Karlson da Trampın ona niyə qəzəbləndiyini açıqlamışdı.

